Albaniya Prezidenti: “Azərbaycan Avropanın enerji təchizatının təmin edilməsinə mühüm töhfə verir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinə ümidvarıq və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək.
İ.Metanın sözlərinə görə, bugünkü forum müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.
“Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır. Odur ki, bütün bu məsələləri burada müzakirə etməyi planlaşdırırıq”, - Albaniyanın dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bakı Enerji Həftəsi başlayıb, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib - YENİLƏNİB
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, Az...