Aktyor iş yoldaşını qorumaq üçün özünü güllənin qarşısına atıb - FOTO

Aktyor iş yoldaşını qorumaq üçün özünü güllənin qarşısına atıb - FOTO
Siyasət 73

İki gün əvvəl qətlə yetirilən 38 yaşlı aktyor Conni Uokterin ölümü ilə bağlı detallar açıqlanıb.

BAKU.WS xəbər verir ki, onun avtomobilindən oğurluq edən şəxslər tərəfindən silahla vuruluduğu qeyd edilib.

Həmin vaxt Uokter xanım iş yoldaşı ilə çəkilişdən çıxıb. Bu zaman o avtomobilindən oğurluq edən şəxsləri görüb.

Bunun qarşısının alarkən güllə Uokterin yanındakı xanıma tuşlanıb. Lakin o xanımı qorumaq üçün özünü güllənin qarşınısa atıb. Uokterin ölümünə səbəb olan şəxslərin axtarışı hələ də davam edir.

Xatırladaq ki, aktyor 2020-2022-ci illərdə yayımlanan "General Hospital" serialı ilə məşhurlaşıb.

Aktyor iş yoldaşını qorumaq üçün özünü güllənin qarşısına atıb - FOTO

Son xəbərlər