Ağstafada top mərmisi aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Qırlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
BAKU.WS ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə Həsənsu çayınının yatağına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 ədəd top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 60 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Qalereya
Oxşar xəbərlər
Məşhurlar Azərbaycan xalqını belə təbrik etdi (VİDEO)
Bu gün Azərbaycanda dövlət bayrağı günü qeyd olunur.BAKU.WS xəbər verir ki, bu əlamətdar gündə bir çox tanınmış sima Azərbaycan xalqını təbrik edib. Dövlət Bayr...