Ağdərədə tutulan hərbi qulluqçumuz iki erməni əsir ilə DƏYİŞDİRİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, onların olduğu təyyarə Bakıdan İrəvana uçub. Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovun iştirakı ilə baş tutub.
Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...