Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köçün vaxtı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.
O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında danışıb. İclasdan sonra İşçi Qurupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər.
Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...