Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək
15
dek
2023
11:05
Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Onun sözlərinə görə, azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.
Oxşar xəbərlər
Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO
Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci i...