Ağdaban soyqırımı Azərbaycan xalqını sarsıtmaq məqsədilə törədilib – AÇIQ MƏKTUB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcərin Ağdaban kəndində baş verın soyqırımının 32-ci ildönümü ərəfəsində Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət edib.
“Report”un Ağdabana ezam edilən əməkdaşının məlumatına görə, məktubda deyilir:
“Biz - 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırımına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq Məktubla müraciət edərək ədalət tələb edirik!
Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.
Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.
Bu gün biz doğma torpağımızda – Ağdabandayıq. Biz Sizə işğal dövründə Ermənistan tərəfindən tamam viran edilmiş, dağıdılmış kənddən müraciət edirik. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbristanlığındakı məzarlar dağıdılıb, qəbristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.
Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.
Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!
Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.
Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.
Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”
İmzalar:
Xəlifə Hüseynov - Ağdaban sakiniDürrə Qurbanova - Ağdaban sakiniƏliqulu Alıyev - Ağdaban sakiniBəhman Bağırov - Ağdaban sakiniRafiq Məhərrəmov - Ağdaban sakiniZahid Hümbətov - Ağdaban sakiniNəsimi Səfərov - Ağdaban sakiniŞahin Əhmədov - Ağdaban sakiniSaləddin Kərimov - Ağdaban sakiniReyhan Qasımova - Ağdaban sakiniTəbriz Alıyev - Ağdaban sakiniLeyla Hüseynova - Ağdaban sakiniSabay Orucov - Ağdaban sakiniƏzim Hüseynov - Ağdaban sakiniSərvan Səfərov - Ağdaban sakiniEyvaz Orucov - Ağdaban sakiniTapdıq Qasımov - Ağdaban sakiniYaşar Məmmədov - Ağdaban sakiniƏrşad Qaraşov - Ağdaban sakiniQiyas Alıyev - Ağdaban sakiniAzər Bayramov - Ağdaban sakiniGülarə Hüseynova - Ağdaban sakiniQabil Məmmədov - Ağdaban sakiniSaməddin Vəliyev - Ağdaban sakiniSevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai BirliyiRamil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai birliyiKönül Behbudova - “Qarabağ İtkin Ailələri” İctimai BirliyiAyşən Hüseynova - "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai BirliyiSəriyyə Cəfərova - "Erməni təcavüzünün tanıdılması" İctimai BirliyiXalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai BirliyiCeyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai BirliyiNaibə Behbudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai BirliyiTünzalə Abduləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai BirliyiCeyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai BirliyiRəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyi.
Qalereya
Oxşar xəbərlər
Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub, Xankəndi şəhərində olub - YENİLƏNİB - FOTO/VİDEO
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndə...