Afrikalı miqrant təyyarədən yıxıldı
02
iyl
2019
21:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Londonun cənub hissəsinin sakinlərindən biri bağçasında meyit aşkar edib. Klephem rayonunda hadisə yerinə gələn polislər aydınlaşdırıb ki, cəsəd bura göydən düşüb.BAKU.WS-in məlumatına görə, afrikalı miqrant İngiltərəyə qanunsuz yolla daxil olmaq istəyirmiş. Onun “Kenya Airways” aviaşirkətinin təyyarəsi Londona çatarkən göydən düşdüyü bildirilir. Miqrant təyyarənin şassi hissəsində gizlənibmiş. Afrikalı Hitrou hava limanına çox az qalmış yerə düşüb. Hərçənd, onun bundan xeyli əvvəl soyuqdan donduğu ehtimal edilir. Təyyarə Keniyadan İngiltərəyə 9 saat uçur.Hitrou hava limanının əməkdaşları təyyarənin şassi hissəsində axtarış aparanda miqrantın su və yemək olan çantasını aşkar ediblər. Polis araşdırma aparır.
Oxşar xəbərlər
BBC: Təyyarə pilotu havada naməlum obyektlə qarşılaşdı - Azərbaycanda yerə enib
İrlandiyanın aviasiya idarəsi ölkənin cənub-qərbində parlaq işıq saçan naməlum uçan obyektlərin müşahidə edilməsi ilə bağlı faktları araşdırır.Virtualaz.org BBC...