Adıyamanda ürəkağrıdan mənzərə: Saat qülləsi zəlzələnin baş vermə anında "donub" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Adıyaman vilayətində baş verən zəlzələdə bir çox bina dağılsa da, 40 illik saat qülləsi dağıntılar arasında sağlam qalıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 4 mindən çox insanın həyatını itirdiyi vilayətdə qartal formalı saat qülləsi zəlzələ baş verdiyi saatda, 04.17-də dayanıb.
Saat əsrin fəlakətinin göstəricisi olaraq yol ayrıcında qalıb.
Qeyd edək ki, zəlzələdən 8 gün keçməsinə baxmayaraq, xiasetmə qrupları dağıntılar altında qalan insanları çıxarmaq üçün mübarizəni davam etdirir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində azı 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.
Oxşar xəbərlər
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb. Xatırladaq ki, fevralın...