Adil Əliyev: "Bu camaatın qəhrəmanlığına qibtə edirəm" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Hərbçilərimizin əhval-ruhiyyəsini yüksək gördüm. Biz üzgünük ki, şəhidlər vermişik. Müharibə şəhidsiz, itkisiz olmur. Biz bütün dünyaya sübut etdik ki, biz güclü dövlət və ölkənin vətəndaşlarıyıq".
Bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib.
O əlavə edib ki, cəbhə bölgəsindəki kənd ağsaqqalları və əhalini görəndə, onların əhval-ruhiyyəsini, qorxmaz münasibətini müşahidə edəndə qürurlanıb:
"Bu camaatın bu qəhrəmanlığına qibtə edirəm. İnsanların başının üstündən mərmilər atılır, ancaq onlar həyətlərindən bir addım belə kənara çıxmırlar. Bu, böyük bir qəhrəmanlıq və cəsarətdir. Mən qürur duyuram ki, ölkəmin belə vətəndaşları var".
Qalereya
Oxşar xəbərlər
Koronavirusla bağlı yaradılan işçi qruplarının tərkibi təsdiqləndi
aş nazir Əli Əsədov koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan...