Acun Ilıcalının "Qansız" dediyi aktyor danışdı: "İş dilənəcək qədər də xaraktersiz deyiləm!"
Türkiyəli iş adamı Acun Ilıcalının "Nankor və qansız" adlandırdığı aktyor Serkay Tütüncü ona cavab verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ilıcalıya sərt sözlər söyləyən Tütüncü "Bu dediklərin çox ayıbdır. Qansız deyiləm, Acun qardaş. Çox şükür, qapında iş dilənəcək qədər də xaraktersiz deyiləm!" deyərək cavab verib.
Xatırladaq ki, ötən gün Acun Ilıcalı "Survivor"a dəvət etdiyinə görə peşman olduğu insanlardan danışıb.
O hazırda "Kirli Sepeti" serialında rol alan Serkay Tütüncü haqqında "Onu biz məşhur etdik, bizim sayəmizdə serialda oynayır. "Survivor" haqqında soruşurlar, "Məndən Survivor haqqında soruşmayın" deyir. Ona zəng edib "qardaş, maraqdan soruşuram, necə məşhurlaşmısan? soruşdum. Mən nankor və qansız adamları sevmirəm. Heç kimdən təşəkkür istəmədim. Toxunduğum insanların çoxu da gözəl sözlər deyir" sözlərini söyləyib.
Oxşar xəbərlər
İngilis mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazdı
İngiltərə mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazıb. "Haber Global"ın məlumatına görə, 2022-ci ildə çempionatın komandalarından olan...