ABŞ vətəndaşlarına İsraildə qalma riskləri ilə bağlı xəbərdarlıq edib
03
avq
2024
08:52
ABŞ-ın Qüdsdəki səfirliyi Yaxın Şərqdə gərginliyin artması fonunda Amerika vətəndaşlarına İsraildə qalma riskləri ilə bağlı xəbərdarlıq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Amerika vətəndaşları şəxsi təhlükəsizlik məsələlərində diqqətli olmalı və məlumatlılığı artırmalıdırlar.
Vurğulanıb ki, top atəşləri, minaatan və pilotsuz uçuş aparatlarının (PUA) hücumları xəbərdarlıq edilmədən həyata keçirilir.
ABŞ səlahiyyətliləri xəbərdarlıq edib ki, gərgin vəziyyətə görə uçuşları ləğv olunarsa, vətəndaşlarına bilet bron etməkdə kömək edə bilməyəcəklər.
Oxşar xəbərlər
Ukrayna PUA-ları Rusiyada avtovağzala hücum edib - VİDEO
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Krasnodar vilayətinə hücumu nəticəsində dörd nəfər yaralanıb. Regionun əməliyyat qərargahının məlumatına gör...