Ukrayna PUA-ları Rusiyada avtovağzala hücum edib - VİDEO

Ukrayna PUA-ları Rusiyada avtovağzala hücum edib - VİDEO
Video
Siyasət 62

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Krasnodar vilayətinə hücumu nəticəsində dörd nəfər yaralanıb.

Regionun əməliyyat qərargahının məlumatına görə, Krasnodarda qazanxana və avtovağzala hücum olub.

Rəsmi məlumatda deyilir ki, 21 iyun gecəsi regiona pilotsuz uçuş aparatları ilə kütləvi hücum edilib və nəticədə Krasnodarda "Cənub" avtovağzalının və qazanxananın binaları zədələnib. PUA hücumları zamanı 4 nəfər xəsarət alıb.

Ukrayna pilotsuz uçuş aparatları Temryuk, Yeisk və Sever rayonlarını hədəfə alıb.

Son xəbərlər