ABŞ və Fransa donanmaları Filippin dənizində birgə təlimlər keçirib

ABŞ və Fransa donanmaları Filippin dənizində birgə təlimlər keçirib
Siyasət 15

ABŞ və Fransa donanmaları avqustun 13-də Filippin dənizində ikitərəfli təlimlər keçirib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının saytında dərc edilmiş məlumatda deyilir.

Hərbi manevrlərdə Birləşmiş Ştatların "Arleigh Burke" tipli esminesi "USS Dewey" (DDG 105) və Fransanın "Aquitaine" tipli freqatı "FS Bretagne" (D655) iştirak edib.

Təlimlər zamanı gəmilər birgə manevrlər, kombinə edilmiş rabitə və dənizdə yanacaq doldurmanın imitasiyasını həyata keçiriblər.

Son xəbərlər