ABŞ və Avropa İŞİD terrorçularının təhvil verilməsi ilə bağlı razıllığa gələ bilmədi

ABŞ və Avropa İŞİD terrorçularının təhvil verilməsi ilə bağlı razıllığa gələ bilmədi
Siyasət 253
ABŞ-ın paytaxtı Vaşinqtonda İŞİD-ə qarşı mübarizə aparan koalisiya ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib.BAKU.WS euronews-a istinadən xəbər verir ki, görüşdə saxlanılan İŞİD terrorçularının ölkələrinə təhvil verilməsi məsələsi müzakirə edilib.ABŞ Avropa ölkələrinin İŞİD-ə qoşulmuş vətəndaşlarını təhvil alaraq mühakimə etmələrini istəyib. Avropa ölkələri isə bu məsələdə istəksiz olduqlarını nümayiş etdiriblər.Avropa ölkələrinin nümayəndələri onlar haqqında sübutların toplanmasının çətin olacağını və öz ölkələrində terrorizmin artacağını ehtimal edərək terrorçuları təhvil almaq istəmədiklərini söyləyiblər.ABŞ-ın Terrorizmlə Mübarizə koordinatoru Natan Seyls heç kimin terrorçuları ABŞ-ın təhvil almasını və problem həll etməsini gözləməməsini bildirib. O, Avropa ölkələrinin Suriyaya terrorçu göndərdiyini, lakin terrorçuların Suriyada mühakimə edilməsini istəməklərinin problemin həlli olmadığını vurğulayıb.Müzakirələr nəticəsiz qalıb və İŞİD terorçularının necə və harada mühakimə edilməsi məsələsi həllini tapmayıb.Fərid ƏDALƏT

Oxşar xəbərlər

29 azərbaycanlı İŞİD-çi ölkəmizə deportasiya edilir

29 azərbaycanlı İŞİD-çi ölkəmizə deportasiya edilir

Türkiyə hökuməti Suriyada həbs olunan İŞİD terrorçularını öz ölkələrinə deportasiya edəcək.BAKU.WS xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb. Nəşrin yaz...

1184 Siyasət 10:24 14 noyabr 2019

Son xəbərlər