ABŞ Ukrayna üçün rekord məbləğdə hərbi yardım ayıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatları Ukraynanın Müstəqillik Günündə üç milyard dollarlıq hərbi yardım paketi elan edəcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, paket rəsmi olaraq 24 avqustda açıqlanacaq.
Məlumata görə, paketdə nəzərdə tutulan vəsait pilotsuz təyyarələrin, silahların və digər avadanlıqların tədarükü üçün müqavilələrin maliyyələşdirilməsinə sərf olunacaq.
Eyni zamanda, bu vəsait həm də Ukrayna qoşunlarının döyüş qabiliyyətini artırmaq məqsədilə onlara təlim keçirilməsinə xərclənəcək.
Əvvəlki paketlərdən fərqli olaraq, yeni maliyyə yardımı əsasən orta və uzunmüddətli perspektivdə Ukraynaya müdafiə mövqeyini gücləndirməyə kömək etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Rusiya Ukraynanın 20%-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib
Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20%-ni təşkil edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlu...