ABŞ Türkiyəyə “F-16” satacaqmı? - Hulusi Akardan AÇIQLAMA

ABŞ Türkiyəyə “F-16” satacaqmı? - Hulusi Akardan AÇIQLAMA
Siyasət 86

Türkiyə Müdafiə naziri Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, nazir ABŞ-dan F-16-ların alınması prosesində son vəziyyətlə bağlı suala da açıqlama gətirib.

"Bizim "Viper" adlandırılan “F-16V Block 70”lərə ehtiyacımız var. Bununla belə, əlimizdəki "F-16"ların da modernləşdirilməsinə ehtiyac var. Məsələ ilə bağlı “əcnəbi hərbi satışlar” çərçivəsində prosesi başlatdıq. ABŞ Müdafiə Nazirliyindəki proses Dövlət Departamenti xətti ilə davam edir”, - deyə Akar bildirib.

Son xəbərlər