ABŞ tarixinin ən böyük iqtisadi təşviq büdcəsi hazırlandı

ABŞ tarixinin ən böyük iqtisadi təşviq büdcəsi hazırlandı
Siyasət 148

ABŞ Nümayəndələr Palatası koronavirus pandemiyası ilə mübarizə üçün 3 trilyon dollarlıq iqtisadi təşviq büdcəsi hazırlayıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, əgər bu büdcə qəbul edilərsə, ABŞ-da ən böyük təşviq paketi olaraq tarixə düşəcək.

1815 səhifəlik büdcə layihəsində koronavirus səbəbindən iflas edən və ya maddi ziyan dəyən vətəndaşlara və sahibkarlara dəstək göstəriləcək.

Həmçinin layihədə işsizlərə ikinci yardım paketinin ayrılması, xəstəxanalarda tibbi ləvazimatların təmin edilməsi və sair məsələlər yer alıb.

Yeni təşviq büdcəsi Palatada yaxın günlərdə səsverməyə çıxarılacaq.

Oxşar xəbərlər

Son xəbərlər