ABŞ səfirliyi vətəndaşlarını Zəngəzurda bu ərazilərə getməməyə çağırdı

ABŞ səfirliyi vətəndaşlarını Zəngəzurda bu ərazilərə getməməyə çağırdı
Siyasət 288

ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.

Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”.

Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.

Son xəbərlər