ABŞ Rusiyanın 2 kəşfiyyatçısına sanksiya tətbiq edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Rusiyanın 2 kəşfiyyatçısına sanksiya tətbiq edib.
Bu barədə "Report" "RBC"ya istinadən xəbər verir.
Onların Aleksey Suxodolov və Yeqor Popov olduğu bildirilib. Bu ilin aprelində ABŞ Ədliyyə Nazirliyi onların Federal Təhlükəsizlik Xidməti (FTX) zabitləri olduğunu açıqlayıb və Rusiyanın maraqlarına uyğun informasiya kampaniyası aparmaqda ittiham edib.
Qeyd edilib ki, A.Suxodolov və Y.Popov 2014-cü ilin noyabrından 2022-ci ilin iyulunadək ABŞ-a qarşı yönəlmiş “xarici təsir kampaniyasında” iştirak edən antiqloballaşma hərəkatının prezidenti Aleksandr İonovun fəaliyyətini Moskvadan yönləndiriblər.
Oxşar xəbərlər
ABŞ “Sepah” və FTX-yə qarşı sanksiyalar tətbiq edib
ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyatına qarşı “Amerika vətəndaşlarının qeyri-...