ABŞ Qəzzada girovları axtarmaq üçün kəşfiyyat PUA-larından istifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Qəzza zolağında HƏMAS hərəkatının saxladığı girovları axtarmaq üçün kəşfiyyat pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.
BAKU.WS xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Amerika PUA-ları ilə girovların axtarışı azı bir həftədir ki, davam edir. HƏMAS-ın saxladığı girovlar arasında 10 ABŞ vətəndaşının olduğu deyilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi buna qədər bildirib ki, ABŞ hakimiyyəti Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda bir sıra fasilələrin təmin edilməsinin tərəfdarıdır.
Onun sözlərinə görə, bu, Qəzza zolağına humanitar yardımın çatdırılması və girovların təhlükəsiz çıxarılmasını təmin etmək məqsədi daşıyır.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...