ABŞ Myanmaya sanksiya tətbiq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökuməti bu yaxınlarda hərbi çevriliş həyata keçirilmiş Myanmaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, prezident Cozef Bayden tərəfindən imzalanmış icra sərəncamına əsasən, Myanmanın demokratik yolla seçilmiş hökuməti fevralın 1-də hərbi çevrilişlə devrilməsi və sonrakı günlər ölkədə siyasi təzyiqlərin artması nəzərə alınmaqla ABŞ ərazisində həmin ölkəyə məxsus hər cür mülkiyyətlər dondurulur.
“Myanmadakı mövcud vəziyyət... demokratik keçid və hüququn aliliyinə xələl gətirməklə ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhdid təşkil edir”, - sənəddə vurğulanır.
Oxşar xəbərlər
Cozef Bayden 56 prokuroru işdən azad etdi
Ağ Ev rəhbəri Cozef Bayden sabiq prezident Donald Trampın prokuror təyin etdiyi 56 şəxsi istefaya göndərib. BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb....