ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Azərbaycana təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliott Azərbaycana təşəkkür edib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda iştirak edən Suzan Elliott bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətlə aparıldığını görmək onu çox maraqlandırıb.
“Mən Azərbaycan hökumətinə bunu bacardığına görə təşəkkür edirəm", - Elliot deyib.
Onun sözlərinə görə, bir çox beynəlxalq təşkilatlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təmizlənməsinə kömək edə bilər ki, məcburi köçkünlər öz evlərinə qayıda bilsinlər.
Oxşar xəbərlər
İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər”...