ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.
BAKU.WS xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb.
Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə bildirilib ki, Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.
Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.
Qalereya
Oxşar xəbərlər
Əziz Sancara “Azərbaycan Prezidentinin Fəxri Diplomu” təqdim olunub - FOTO
Nobel mükafatçısı Əziz Sancara təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təqdim olunub. BAKU.WS xəbər verir ki, bu barədə Diasporla...