ABŞ-ın təkcə hava hücumları nəticəsində öldürdüyü dinc insan sayı şoka saldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın son 20 il ərzində həyata keçirdiyi hava hücumları nəticəsində öldürülən mülki şəxslərin sayı təkcə Yaxın Şərq və Afrikada ən azı 22 min nəfər olub.
BAKU.WS "Independent"ə istinadən xəbər verir ki, baş ofisi Londonda yerləşən "Airwars" təşkilatının təxmini hesablamalarına görə, 11 sentyabr hadisələrindən sonra başladılan "anti-terror" əməliyyatı zamanı 22679-48308 arası mülki şəxs öldürülüb. Bu rəqəm təkcə hava hücumları nəticəsində öldürülənləri ifadə edir.
Təşkilat hesablamalarında Əfqanıstan və İraqda işğal zamanı öldürülən sivillərlə yanaşı, ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı hava hücumlarını, Yəmən, Pakistan, Somali, Liviyadakı hərbi hava əməliyyatlarını da nəzərə alıb.
Ən çox dinc insan ölümü isə birmənalı olaraq Əfqanıstan və İraq işğalı zamanında baş verib. Ölümcül il olan 2003-cü ildə ABŞ-ın təkcə İraqdakı hava hücumları 5529 nəfərin həyatına son qoyub.
Oxşar xəbərlər
Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu
Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) “2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, indek...