ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel mətbuat brifinqində deyib.
O qeyd edib ki, Filip Riker bu həftə Cənubi Qafqaz regionuna səfər edəcək.
Patelin sözlərinə görə, bu, Rikerin Cənubi Qafqaza yeni postunda ilk səfəri olacaq: “Biz ümid edirik ki, bu cür səfərlər müntəzəm baş tutacaq. O bu axşam yola düşəcək”.
Bildirilib ki, Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq. Eyni zamanda, o, birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...