ABŞ-ın PKK terrorçularına göndərdiyi silahlar - FOTO

ABŞ-ın PKK terrorçularına göndərdiyi silahlar - FOTO
Foto
Siyasət 571
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki missiyası davam edir. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə hərbçiləri PKK\YPG terrorçularına məxsus silah anbarlarını ələ keçirib. Rəsuleyn şəhərindəki anbardan çıxan hava topları və digər sursatlar Amerika istehsallı olub.Qeyd edək ki, Türkiyə Suriya ilə sərhədindəki bir neçə şəhəri terrorçulardan təmizləyib. Terrorçular Türkiyə və Rusiya arasındakı razılaşmanın şərtlərinə əməl edərək Türkiyə ilə sərhəd bölgələri tərk ediblər.Türkiyə ordusu səkkiz günlük "Barış Pınarı" əməliyyatı nəticəsində Suriyanın şimalında 120 kilometrdən çox ərazini nəzarətə götürüb. Yerdə qalan 300 kilometrlik ərazi Rusiya və Suriya ordusunun nəzarətindədir.

Son xəbərlər