ABŞ Gürcüstan rəsmilərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcək
Amerika Birləşmiş Ştatları Administrasiyası “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək üçün yeni siyasətə keçir.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.
Onun sözlərinə görə, məhdudiyyətlər Gürcüstan hökumətinin rəsmilərinə, habelə onların ailə üzvlərinə şamil ediləcək.
Blinken dövlətlər arasında mövcud münasibətlərin gələcəyinə də toxunub: “Bu gün mən həm də ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram. Vaşinqton öz qərarlarını verərkən Gürcüstanın hərəkətlərini nəzərə alacaq”.//report
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...