ABŞ Fondu minatəmizləmə ilə bağlı Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir - FOTO
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş keçirib.
ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
E.Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istəqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...