ABŞ əsgəri Yunanıstanda 15 yaşlı qıza təcavüz edib
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanda iki ABŞ əsgərinin 15 yaşlı iki qıza qarşı cinsi istismar və zorakılıq etdiyi iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası ERT-nin adı açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi məlumatda qeyd olunub.
Kritin Suda Bazasında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gerald R. Ford təyyarə gəmisində vəzifə yerinə yetirən ABŞ əsgəri 15 yaşlı qıza cinsi təcavüz edib. Başqa bir ABŞ əsgəri isə 15 yaşlı qıza qarşı fiziki zorakılıq göstərib.
Xəbərdə zərərçəkənlərin ailələrinin şikayət etmədiyi bildirilib və belə hallarda ABŞ əsgərlərinin Birləşmiş Ştatlarda mühakimə olunmasının tələb edildiyi qeyd olunub.
Oxşar xəbərlər
ABŞ-ın raket esminesi Süveyş kanalından keçib
Təhlükəsizlik məqsədilə Yaxın Şərqə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi “USS Carney” Süveyş kanalından keçib. BAKU.WS xəbər veri...