ABŞ-də maşınını Ağ Evin qapısına çırpan sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarında (ABŞ) avtomobilini Ağ Evin xarici darvazasına vuran sürücü saxlanılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti açıqlama verib.
Bildirilib ki, bazar ertəsi yerli vaxtla saat 18:00-da Vaşinqtonda bir avtomobil Ağ Ev kompleksinin xarici darvazasına çırpılıb.
ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi hadisənin araşdırıldığını və sürücünün nəzarətə alındığını bildirib.
Qeyd edilib ki, hadisə zamanı ABŞ prezidenti Co Baydenin Ağ Evdə olmaylb.
Ağ Evdən hələlik heç bir açıqlama verilməyib.
Oxşar xəbərlər
Bayden Ağ Evin mühafizəçilərinə etibar etmir
ABŞ Prezident Cozef Baydenin Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəçilərə etibar etmədiyi məlum olub. BAKU.WS-in məlumatına görə, “The Hill” qəzeti bu barəd...