ABŞ-də karqo gəmisinin dağıtdığı körpünün dronla çəkilmiş görüntüsü - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Merilənd vilayətində karqo gəmisinin dağıtdığı körpünün görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, havadan dronla lentə alınan videoda gəminin körpünü tamamilə istifadəyə yararsız hala saldığı kadrlar əks olunub. "Patapsco" gölündə üzərindəki "Francis Scott Key" körpüsündə 7 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Gölə düşən iki nəfərin birinin isə səhhətinin ağır olduğu bildirilib. Axtarışlara helikopterlər də cəlb edilib. Ağ evdən mətbuata verilən açıqlamada hadisənin qəsdən baş verməsi ilə bağlı heç bir sübut tapılmadığı qeyd edilib:
"Ürəyimiz bu dəhşətli hadisə nəticəsində itkin düşənlərin ailələrinin yanındadır. Sahil Mühafizəsi körpünün çökməsi nəticəsində itkin düşənlərin axtarış və xilasetmə işlərini aparılır".
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...