ABŞ-da polislər 29 yaşlı gənci döyərək öldürdülər - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarında 5 polis 29 yaşlı Tir Nikolsu öldürüblər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə əhalinin sıx məskunlaşdığı Memfis şəhərində baş verib. Avtomobil idarə edən Tir yol hərəkəti qaydalarını pozduğu iddia olunaraq maşından düşürülüb.
Polislərin əlindən can qurtarmağa çalışan Nikols qaçmaq istəyib. O, avtomatla vurulub. Daha sonra polislər onu döyərək xəsarət yetiriblər. Yaralı halda xəstəxanaya yerləşdirilən Tir vəfat edib. 5 polis isə vəzifəsindən azad edilib. Onlara cinayət işi açılıb.
Nikolsun döyüldüyü görüntülər sosial şəbəkələrdə paylaşılaraq yayılıb. Hadisədən xəbər tutan şəhər sakinləri etirazlara başlayıblar. ABŞ prezidenti Co Bayden görüntüləri izlədikdən sonra qəzəblənib. Bayden və Nikolsun ailəsi aksiyaçıları etirazlara son qoymağa çağırıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...