ABŞ-da 22 nəfərin öldüyü, 60 şəxsin yaralandığı dəhşətli hadisənin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Men ştatındakı atışmanın təfərrüatı məlum olub.
BAKU.WS xəbər verir ki, Fox News hadisə nəticəsində ən azı 22 nəfərin öldüyü, daha 60 nəfərin yaralandığı məlumatını verib. Bunadək isə CNN 16 nəfərin öldüyünü bildirmişdi.
İlkin ehtimala görə, cinayətkar bar və ticarət mərkəzi də daxil olmaqla şəhərin 3 müxtəlif yerində qətliam törədib. Hüquq-mühafizə orqanları əməkdaşları atəş açmaqda şübhəli bilinən şəxsi artıq saxlayıblar.
Təhqiqatlara Federal Təhqiqatlar Bürosu (FTB) da qoşulub. Hadisənin terror aktı olmadığı deyilir. Ağ evdən verilən məlumata görə, ölkə prezidenti Co Bayden hadisə haqqında məlumatlıdır və hadisələrin inkişafını izləyir.
Oxşar xəbərlər
Bayden Ukrayna ilə bağlı sual verən jurnalistlə sərt davrandı - VİDEO
Amerika Prezidenti Co Bayden Federal Təhqiqatlar Bürosunun Ukrayna dosyesi ilə bağlı sual verən jurnalisti tənqid edib. “The New York Post” qəzetinin jurnalisti...