ABŞ bazasına hücumla bağlı Almaniya və İngiltərədən açıqlama
İngiltərə və Almaniya İranın İraqdakı ABŞ hərbi bazalarına ballistik raketlə hücumu ilə bağlı açıqlama yayıblar.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər naziri Dominik Raab hücuma görə İranı qınayıb.
O, tərəfləri təcili olaraq gərginliyin azaltmağa çağırıb:
“Yaxın Şərqdə müharibə yalnız İŞİD və digər terror təşkilatlarının işinə yarayar”.
İngiltərə Müdafiə Mazirliyi də açıqlama yayaraq vurulan ABŞ bazalarında ingilis hərbiçilərin zərər görmədiyini bildirib.
Almaniya Müdafiə naziri Anneqret Kramp Karrenbauer də hücumu qınayıb və gərginliyin azaldılması üçün bütün imkanlarını isifadə edəcəyini deyib. Karrenbauer də alman əsgərlərin zərərgörmədiyini açıqlayıb.
Qeyd edək ki, İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ bazasına etdiyi hücumda 80 amerikalı hərbiçinin öldürüldüyünü açıqlayıb.
Oxşar xəbərlər
İranın ABŞ bazasına atdığı ballistik raketlərin görüntüsü - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu dünən gecə ABŞ-ın İraq ərazisindəki hərbi bazalarına 35 ballistik raket atıb. BAKU.WS xəbər verir ki, İran tərəfi atıl...