ABŞ səfirliyi: Bakıda qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir
ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Diplomatik missiyadan bildirilib ki, yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə ediblər:
"Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir".
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1948-1953-cü illərdə sakinlərinin deportasiyası nəticəsində boşalmış Ərinc Azərbay...