ABŞ Rusiyanın Ermənistana təsirini hansı yolla azaltmağa çalışır?

ABŞ Rusiyanın Ermənistana təsirini hansı yolla azaltmağa çalışır?
Video
Siyasət 28

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ABŞ-nin geopolitika üzrə eksperti Brenda Şaffer hesab edir ki, ABŞ Azərbaycanla əməkdaşlıq edərək Rusiyanın təsirini Ermənistanda zəiflətmək niyyətindədir.

"Armenian Report" nəşri xəbər verir ki, ekspert bu fikirləri Atlantik Şurasındakı çıxışı zamanı səsləndirib.

B.Şaffer vurğulayıb ki, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək seçki və konstitusiya dəyişiklikləri ilə bağlı referendum regionun geosiyasi mənzərəsini dəyişə bilər.

"44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı".

Bunu Ermənistanın "Respublika" partiyasının sədri Arman Babacanyan deyib.

Ermənistan nəşri Arman Babacanyanın fikirlərinə istinadən qeyd edir ki, siyasət reallıq üzərində yox, istək və xəyallar üzərində qurulduqda fəlakətə gətirib çıxarır: "Ermənistanın ən yeni tarixinin ən ağır dərsi budur: onilliklər boyu siyasət maksimalizm üzərində qurulmuşdu, özü də real strategiya və kifayət qədər resurs olmadan".

Son xəbərlər