AB Rusiya qazına rekord qiymət tətbiq etmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Birliyi (AB) Rusiyadan Avropa ölkələrinə nəql olunan təbii qaza yüksək qiymət tətbiq istəyir.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen Avropada baş verən enerji böhranı ilə bağlı sualları cavablandırarkən açıqlama verib.
"Rusiyadan boru xətti ilə nəql olunan təbii qaza yüksək qiymət tətbiq etməyin vaxtı gəldiyinə inanıram. Putinin manipulyasiyaları səbəbilə xeyli nizamı itən elektrik bazarının artıq işləmədiyini görürük", - deyə AK prezidenti əlavə edib.
Qeyd edək ki, Avropa ölkələrində son zamanda elektrik və təbii qaz qiymətlərində rekord qiymət qeydə alınıb.
Oxşar xəbərlər
Ursula fon der Lyayen: "Rusiyadan qaz almağa məcburuq"
"Avropa İttifaqı Rusiyadan neft almağa məcburdur. Bundan imtina edilərsə, Putin (Rusiya Prezidenti Vladimir Putin – Red) başqa bazarlarda da alıcı tapacaq və da...