Aİ Ukraynaya əlavə yardım ayırır

18
mar
2022
20:55
Avropa İttifaqı Ukraynaya daha 300 milyon avro həcmində makroiqtisadi yardım ayıracaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Ölkə başçısı bu gün tərəfdaşlarla apardığı danışıqlarda Ukraynaya həm müdafiə, həm də iqtisadi cəhətdən göstəriləcək yardımların müzakirə olunduğunu diqqətə çatdırıb.
O, həmçinin bildirib ki, Avropa Komisiyası Prezidenti Ursula fon der Leyen Ukraynanın Aİ üzvlüyünə qəbulu üçün əlindən gələni edəcəyini vəd verib.
Oxşar xəbərlər
Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək - FOTO
Avropa İttifaqının 27 üzv dövlətinin liderləri Fransa paytaxtı Parisdə Rusiya və Belarusa qarşı yeni sanksiyaları müzakirə edəcək. BAKU.WS xəbər verir ki, bu ba...
