Aİ ölkələrində olan Ukrayna qaçqınlarının sayı açıqlandı
Avropa İttifaqı (Aİ) ölkələrində Ukraynadan olan qaçqınların sayı 7 milyon nəfəri keçib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd Nəzarəti Agentliyi olan “Frontex”in saytında məlumat verilib.
“Müharibənin başladığı fevral yandan bəri 5,3 milyon Ukrayna vətəndaşı Aİ-yə gəlib. Aİ-yə daxil olan köçkünlərin, o cümlədən qeyri-Ukrayna vətəndaşı olanların ümumi sayı isə 7 milyondur”, - agentliyin məlumatında deyilir.
“Son həftələr Ukraynaya geri dönənlərin sayı ölkəni tərk etməkdən daha çox olub. Mayın 25-dən 31-ə kimi təqribən 260 min ukraynalı Aİ-ni tərk edib”, - “Frontex”in məlumatında deyilir. Ümumilikdə fevralın 24-dən sonra 2,3 milyon ukraynalı vətəninə qayıdıb.
“Mayın 23-nə olan məlumata görə, Ukraynada məcburi köçkünlərin sayı ilk dəfə azalıb. Hazırda ümumi say 7,1 milyon nəfər qiymətləndirilir ki, bu da mayın 3-dəki göstəricidən 11% azdır”, - agentlik vurğulayıb.
“Frontex”in məlumatına görə, Ukraynadan qaçqın axını hələ də ən çox Polşa və Rumıniyada müşahidə olunur. Mayın 25-dən mayın 31-dək bu ölkələrə müvafiq olaraq 147 min və 32,8 min nəfər gedib.
Oxşar xəbərlər
ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardım paketini ELAN ETDİ
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika l...