Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikanın paytaxtı Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ nümayəndə heyətinə isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edir.
Bildirilib ki, Əməkdaşlıq Şurası Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və Sektor əməkdaşlığını, Şərq Tərəfdaşlığı, İqtisadi və İnvestisiya Planının icrası ilə bağlı Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin durumunu, həmçinin növbəti addımları müzakirə edəcək.
Eyni zamanda Əməkdaşlıq Şurası daha sonra siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan haqları üzrə fikir mübadiləsi aparacaq.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...