Deputat cəbhədəki son vəziyyətdən yazdı

"İşğalçı Ermənistan Tovuz rayonu istiqamətində təxribatlarını davam etdirir və təbii ki, arxasındakı bəzi güclərə arxayındır. Amma düşmən layiqli cavabını alır və alacaq".
BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. "Bir az əvvəl dəyərli şəhid qardaşımızın əziz atası ilə də danışdım. "Belə bir vətənpərvər oğul böyütdüyünüz üçün hamımız sizə minnətdarıq, bu cür oğullarla qürur duyuruq" dedim".
Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Şəhidin nəşi bu dəqiqələrdə ailəsinə təhvil verilir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...
