VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

BAKU.WS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Hökumətinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Rusiya Hökumətinin sədri Dmitri Medvedev arasında qısa protokol söhbəti oldu.
 
Medvedevin Prezidenti İlham Əliyevlə görüşəcək. Rusiyanın baş naziri Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

BAKU.WS