Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirib

"Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Erməni nazirin Misirdəki çıxışı da növbəti təxribat xarakterli addımdır”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Biz heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq. Azərbaycan daim inkişaf edir və Ordumuz güclənir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir. Ümid edirəm ki, Azərbaycan yaxın vaxtlarda işğal altındakı ərazilərini işğaldan azad edəcək”, - X.Xələfov əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...