Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

15
sen
2020
17:19
Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri birgə videokonfrans keçirəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında bildirib.
O qeyd edib ki, hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək.
Bundan əlavə, S.A.Musəvi Azərbaycan və İranın 30 ortaq layihəsinin olduğunu, onlardan 14-nün yaxın vaxtlarda həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Oxşar xəbərlər
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyi...
