SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli Məclisdə deputatlara əmək haqlarını Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna köçürmək çağırışı edilib.

Trend-in məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxışında öz əmək haqqının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyini bəyan edib.

O, həmkarlarını da bu addımı atmağa çağırış edib: "Azərbaycan göstərdi ki, kiçik itkilərlə böyük qələbə əldə edə bilərik. Artıq Ermənistan ordusu sınıb, psixoloji illüziya yaranıb. Azərbaycan yaranmış vəziyyətdən istifadə edib düşmən ordusunu məhv etməlidir".

Digər deputatlar da Q.Həsənquliyevin çağırışına dəstək verib.
 
BAKU.WS