SİZİN REKLAM BURADA!
055 213 76 73



İran, Azərbaycan və Ermənistan arasında baş verən gedən döyüşlərdən narahat olduğunu açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, İran Xarici işlər Nazirliyinin sözcüsü Hüseyn Cabiri Ənsari hər iki qonşu dövləti soyuqqanlı olmağa dəvət edib.
 
"Vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən uzaq durmalarını istəyirik. Tərəflərdən hərbi əməliyyatlara dərhal son verərək, bütün səylərini problemin Birləşmiş Millətlər Təşkilatı və Minsk Qrupunun danışıqları çərçivəsində sülh yolu ilə həll edilməsinə istiqamətləndirilməsini tövsiyə edirik". 

İranlı sözcünün yazılı açıqlamasında Qarabağda hərbi əməliyyatların başlamasının İran İslam Respublikası üçün böyük qayğıya səbəb olduğunu bildirib. 
 
BAKU.WS