SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənisatan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda erməni ordusunun çoxsaylı itkiləri ilə bağlı bu gün axşam Təhlükəsizlik Şurasının iclasını çağırıb. 

BAKU.WS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iclasda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki gərginlik və Ernmənistan ordusnun itkiləri müzakirə olunacaq. 

Qeyd edək ki, cəbhənin bir neçə istiqamətində erməni təxribatının qarşısı alınlıb. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Erməni KİV-lərinin yazdığına görə, Azərbaycan ordusu Tərtər rayonu istiqamətində strateji yüksəkliyi ələ keçirib, ermənilərin məskunlaşdığı bir neçə kəndi darmadağın edib. Ermənilər təlaş içində kəndləri tərk edib Xankəndinə qaçırlar.
 
BAKU.WS