59 deputat tələb etdi, Milli Məclisin Sədri sərəncam imzaladı

31
iyl
2020
17:06
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
"Report" xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.
Bu tələbi nəzərə alan S.Qafarova avqustun 4-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxşar xəbərlər
Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş...