SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir qrup azərbaycanlı gənc iyulun 16-da Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında səssiz etiraz aksiyası keçirib.

BAKU.WS azertac-a istinadən xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlara etiraz bildirilib.

Üzərində ingilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Dağlıq Qarabağın işğalına son!” yazıları olan ağ köynəklər geyinmiş gənclər 1 saat ərzində səfirliyin binası qarşısında səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan gənclər üzlərində üzərinə “Stop COVID-19” və “Stop Armenia” yazılmış maskalar da olub.

Fəal gənc, aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn bildirib ki, tədbiri keçirməkdə əsas məqsəd beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, doğma torpaqlarından, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb etməkdir.

“Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanı yerdə qalmayacaq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq”, - deyə Adnan Hüseyn vurğulayıb.

BAKU.WS
QALEREYA